12 
avq
2023
12:29
344

Sumqayıt Tibb Mərkəzində nazirin imzası saxtalaşdırılan iş prokurorluğa göndərildi - FOTO

12 avq, 2023
12:29
344

Sumqayıt Tibb Mərkəzində nazirin imzası saxtalaşdırılan iş prokurorluğa göndərildi - FOTO

Sumqayıt Tibb Mərkəzinin fəaliyyətində daha bir qanunsuzluq üzə çıxıb. 

Den.az-ın məlumatına görə, Məmmədova Elnarə Arif qızı Sumqayıt Tibb Mərkəzinin insan resursları şöbəsinə işə götürülüb. Diqqətçəkən məqam odur ki, onun ali təhsillə bağlı təqdim etdiyi sənədlər yoxlanılmadan sistemə daxil edilib. 

Qeyd olunur ki, E.Məmmədova Gürcüstanın "Teaching University" ali təhsil müssəssiəsinin məzunudur və onun diplomu Azərbaycan Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Bununla bağlı nazirin imzası olan şəhadətnamə də təqdim edilib. Lakin araşdırma zamanı məlum olub ki, nazirliyin müvafiq qurumu belə bir şəhadətnamə təqdim etməyib. Yəni, nazirin imzası və möhür saxtalaşdırılıb. E.Məmmədova Sumqayıt Tibb Mərkəzinə işə götürülərkən sistemə saxta sənəd yerləşdirilib. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi elektron sistemində E.Məmmədovanın təqdim etdiyi sözügedən şəhadətnamənin olmadığı üzə çıxıb. 
Artıq faktla bağlı araşdırma başladıldığı və materialların prokurorluğa göndərildiyi bildirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar