26 
avq
2023
10:00
189

"Araz Supermarket" istehlakçıları aldatdı, cərimələndi - QƏRAR

26 avq, 2023
10:00
189

"Araz Supermarket" istehlakçıları aldatdı, cərimələndi - QƏRAR

Abşeron Rayon Məhkəməsində “Araz Supermarket” MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

Den.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, inzibati tənbeh tətbiq edilib, yəni şirkətə cərimə kəsilib.

Qeyd: “Araz Supermarket” MMC-nin barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Xatırlatma: Eyni maddə ilə tərtib olunan daha bir protokola Yasamal Rayon Məhkəməsində Rauf Daşdəmirovun sədrliyi ilə sentyabrın 8-də baxılacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar