iyn
2023
22:39
265

Bərdə rayonunda kişi qardaşının həyat yoldaşını və anasını bıçaqlayıb

3 iyn, 2023
22:39
265

Bərdə rayonunda kişi qardaşının həyat yoldaşını və anasını bıçaqlayıb

Bərdə rayonunun Güloğlular kəndi ərazisində bıçaqlanma olub.

Rayon sakini qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirib. Bu barədə rayon polis şöbəsinə məlumat daxil olub.

"Den.az"-ın yerli bürosunun məlumatına görə, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Hacıbala İsayev saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar