Göyçay şəhərində sərxoş olan şəxslər arasında dava qanla bitib.
Den.az -ın yerli bürosunun məlumatına görə, Göyçay şəhər sakini Rahim Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu, 1985-ci il təvəllüdlü Pünhan Nəsrullayevin kürək nahiyəsinə bıçaqla xəsarət yetirib.
Artıq Rahim Məmmədov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hadisə zamanı onların hər ikisinin sərxoş olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Pünhan Nəsrullayevin xəsarətinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub, Rahim Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq izahatı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Den.az
Göyçayda sərxoş kişi qonşusunu kürəyindən vurdu - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
- ВКонтакте
- РћРТвЂВВВВнокласснРСвЂВВВВРєРСвЂВВВВ
- РњРѕР№ Р В Р’В Р РЋРЎв„ўР В Р’В Р РЋРІР‚ВВВВРЎР‚
- Blogger
- Viber
- Telegram
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.