30 
may
2023
21:27
238

Xocalıda avtomobil qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

30 may, 2023
21:27
238

Xocalıda avtomobil qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - FOTO

Xocalı rayon Polis Şöbəsinə rayonun Baharlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Den.az-ın bölgı müxbirinə bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.
İlkin araşdırmalar zamanı məlum olub ki, 1970-ci il təvəllüdlü Füzuli rayon sakini Namiq Hüseynov idarə etdiyi HOVO markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobil yol kənarındakı meşə massivindəki ağaclara çırpılıb. Hadisə nəticəsində sürücü və sərnişinlər- Yardımlı rayon sakini 1970-ci il təvəllüdlü İlqar Əzizov, 1970-ci il təvəllüdlü Ağdaş rayon sakini Məzahir Baxışov və Ucar rayon sakini, 1995-ci il təvəllüdlü Vüqar Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Digər sərnişin, 1969-cu il təvəllüdlü Cəlilabad rayon sakini Loğman Ərəbov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar