iyn
2023
12:05
238

Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var

4 iyn, 2023
12:05
238

Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var - FOTO

Qusar rayonunun Çiləgir kəndində ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Den.az "Report"un Şimal bürosuna istinadən xəbər verir ki, "VAZ-2106" markalı avtomobilin "VAZ-2107" markalı avtomobillə toqquşması nəticəsində rayon sakinləri; 1975-ci il təvəllüdlü Ağarzayeva Yeganə Muradrasul qızı ölüb, 1974-cü il təvəllüdlü Ağarzayev Nadir Şahkərəm oğlu və 1981-ci il təvəllüdlü Eyvazov Volodiya Həzrəbək oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Y.Ağarzayevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar