Sizin reklam burada

26 
may
2023
15:12

10
reklamlar
Yuxarı
Qaxda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - FOTO

26 may, 2023
15:12
10
Qaxda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - FOTO
Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Den.azin məlumatına görə, hadisə Qax-İlisu avtomobil yolunun, rayonun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Faiq Məmmədovun idarə etdiyi VAZ-2115 markalı avtomobil 1995-ci il təvəllüdlü, rayon sakini Mahmud Bayramlının idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub.
Nəticədə hər iki sürücü və VAZ-2106-dakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Göstərilən tibbi yardımlara baxmayaraq M.Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.