iyn
2023
11:54
157

“Bu il Azərbaycanda orta illik inflyasiya 10,4 % səviyyəsində proqnozlaşdırılır”

7 iyn, 2023
11:54
157

“Bu il Azərbaycanda orta illik inflyasiya 10,4 % səviyyəsində proqnozlaşdırılır”

Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiyanın azaldılması istiqamətində həyata keçirdiyi tədbirləri və hökumət tərəfindən atılan addımları nəzərə alınmaqla, bu il orta illik inflyasiyanın 10,4 % olması proqnozlaşdırılır.

Den.az Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O bildirib ki, Beynəlxalq Valyuta Fondunun (İMF) hesabatına əsasən, dünya üzrə inflyasiya 7 %, inkişaf etməkdə olan ölkələr üzrə 8,6 % səviyyəsində proqnozlaşdırılır: “İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yenə də yüksək olaraq qalır. Dünən AMB tərəfindən bu il üçün 8,9 % səviyyəsində inflyasiya göstəricisi səsləndirilmişdi. Bu, ardıcıl 12 ay üzrə olan rəqəmdir. Bizim dediyimiz isə orta illik inflyasiyadır. Bunların arasında hansısa ziddiyyət yoxdur".

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 % təşkil edib. 2022-ci ilin payızında təqdim edilmiş hökumətin ilkin qiymətləndirmələrinə görə, 2023-cü ildə orta illik inflyasiya proqnozu 6,9 % təşkil edirdi.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar