"Biz, illik 6,9 % inflyasiya proqnozlaşdıranda bunun real olmadığını qeyd etmişdik. İndi isə 10,4 % proqnozlaşdırılır, bunun da real olmadığını qeyd edirik".
Den.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında - "2023-cü il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliyin müzakirəsində deputat Əli Məsimli deyib.
"Qiymətlər sürətlə, demək olar ki, hər həftə, hər gün artır. Bu da bir sıra sosial göstəricilərə illik deyil, rüblük baxmağı tələb edir. Gələn ildən illik inflyasiya proqnozu ötəcək. Ona görə də yenidən əməkhaqlarının, pensiyaların və digər ödənişlərin artırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab edirəm", - deyə o qeyd edib (report).
"Qiymətlər hər gün artır, maaş və pensiyalar da artırılmalıdır" - Əli Məsimli

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.