iyn
2023
19:01
172

Səfərbərlik Xidməti çağırışçılara hüquq və vəzifələrini izah etdi - Fotolar

9 iyn, 2023
19:01
172

Səfərbərlik Xidməti çağırışçılara hüquq və vəzifələrini izah etdi - Fotolar

“İnsan hüquqları aylığı” çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışçılarla növbəti görüş iyunun 9-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX)  Sumqayıt şəhər baş idarəsində keçirilib.

Den.az xəbər verir ki, Xidmətin Sumqayıt şəhər baş idarəsinin rəisi general-mayor Natiq Qarayev görüşün çağırışçıların müvafiq qanunvericilik aktları ilə təmin olunan hüquqları barədə maarifləndirilməsi və məlumatlandırılması məqsədilə təşkil edildiyini bildirib. Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğunu, sabahın əsgəri olacaq gənclərimizin bu hüquqlardan hər zaman faydalandığını vurğulayıb.

Tədbirdə məruzə ilə çıxış edən SHXÇDX aparatının idarə rəisi polkovnik-leytenant Füzuli İsmayılov Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə 18 İyun - İnsan Hüquqları Günü münasibətilə respublikamızda elan olunmuş “İnsan Hüquqları aylığı” çərçivəsində Xidmət tərəfindən keçirilən tədbirlərin çağırışçıların hüquqlarının izah olunması və şəffaflığın təmin edilməsi sahəsində mövcud fəaliyyəti gücləndirdiyini bildirib. O, insan hüquqlarının təmin olunmasının Azərbaycanda dövlət siyasətinin prioritetlərindən olduğunu söyləyib.
SHXÇDX tərəfindən çağırışçıların hüquq və vəzifələri barədə məlumatlandırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.









Bizimlə əlaqə saxlayın

Çox oxunanlar