iyn
2023
15:44
422

“İnsan hüquqları: Dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib - FOTOLAR

8 iyn, 2023
15:44
422

“İnsan hüquqları: Dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib - FOTOLAR

Kürdəmirdə “İnsan hüquqları: Dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib.

Den.az xəbər verir ki,rayonun Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə tər qərənfillər düzüblər.Sonra torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə İnsan haqlarının əsas mahiyyəti bütün insanların eyni hüquq və azadlıqlara malik olmasından ibarətdir. İnsan hüquqları 18 oktyabr 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının, həmçinin 1995-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın başlıca qayəsini təşkil edir.

Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hər il qeyd olunan  “18 may - 18 iyun İnsan hüquqları aylığı” çərçivəsində Kürdəmirdə Dini  Qurumlarla  İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi  üzrə  şöbəsinin təşkilatçılığı ilə “İnsan hüquqları: Dini etiqad azadlığı” mövzusunda  keçirilən tədbirdə səsləndirilib.Tədbirdə DQİDK - nın Göyçay bölgəsi  üzrə  şöbəsinin müdiri İlham Qəribov, şöbənin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Daşqın Rüstəmov, rayon Polis şöbəsinin nümayəndəsi, DTX-nin Kürdəmir rayon şöbəsinin nümayəndəsi, Kürdəmir rayon Prokurorluğunun əməkdaşı, rayon Gənclər və İdman İdarəsi, Təhsil sektorluğu və Mədəniyyət idarəsinin nümayəndələri, dini icma sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilir.   Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir. Ölkəmizdə hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. O da bildirilib ki, dini etiqad azadlığının təmin olunması və tolerantlığın qorunması sahəsində Azərbaycan dünyada nümunəviliyi ilə seçilir.Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsində öz əksini tapmış vicdan azadlığı barədə maddə və “Dini etiqad azadlığı haqqında qanun” tədbir iştirakçılarının diqqətinə çatdırılıb.Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.













Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar