10 
iyn
2023
03:10
857

Goranboyda gənc oğlan, anasının direktor olduğu məktəbdə dava saldı,kənddə vəziyyət qarışdı...

10 iyn, 2023
03:10
857

Goranboyda gənc oğlan, anasının direktor olduğu məktəbdə dava saldı,kənddə vəziyyət qarışdı... - FOTO

Goranboyun Boluslu kənd orta məktəbində dava olub. 

“Den.az” -ın qaynar xəttinə daxil olan məlumatda idda olunur ki, xoşagəlməz hadisə orta məktəbin direktorunun övladı Tapdıq Məmmədov və həmin məktəbin şagirdləri arasında qeydə alınıb. 

Məlumata görə, Boluslu kənd orta məktəbinin direktoru Sevda Qədimovanın oğlu məktəbin sinif otağında siqaret çəkib. Bu zaman orta məktəbin şagirdlərindən ona bu hərəkətinə görə etiraz edənlər olub. Elə dava da həmin məsələyə görə baş verib. Bu zaman direktor S.Qədimova dalaşan məktəbliləri və oğlunu aralayan zaman özüdə xəsarət alıb. Daha sonra məktəb direktorunun həyat yoldaşı, Boluslu kənd orta məktəbində gözətçi olaraq çalışan Sərvan Məmmədov, övladı Tapdıq Məmmədovun siqarət çəkməsinə etiraz edən yuxarı sinif şagirdlərdən birini kənd ərazisində görüb və onu şillə ilə vurub. 

Qeyd edək ki, Sevda Qədimova uzun illərdir Boluslu kənd orta məktəbinin direktoru, həyat yoldaşı Sərvan Məmmədov isə məktəbin gözətçisi olaraq çalışır.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilir

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar