23 
may
2023
08:06
179

Ağsu rayon Daşdəmirbəyli kənd orta məktəbin binası hər an uça bilər

23 may, 2023
08:06
179

Ağsu rayon Daşdəmirbəyli kənd orta məktəbin binası hər an uça bilər - FOTO









[/center]
Ağsu rayon Daşdəmirbəyli kənd orta məktəbin binası acınacaqlı vəziyyətdədir.Beləki,binanın tavanı uçub qapı pəncərələr sıradan çıxıb və istifadə üçün yararlı deyil.Bu sözləri DEN.AZ-a kənd sakinləri bildiriblər.Sakinlər bildirirlər ki,əslində bu bina 1962-ci ildə bir mərtəbəli korpus kimi tikilib və ibtidai sinif şagirləri üçün istifadəyə verilib.Sonradan kənddə ehtiyac yarandığından rayon təhsil şöbəsini tərəfində əlavə iki korpusda tikilərək orta məktəb kimi fəaliyyətini genişləndirib.Hazırda bina tədris ocağından çox daxmaya bənzəyir. Acınacaqlı vəziyyətdə olan bu bunada şagirdlərin normal dərs keçmələri üçün heç bir şərait yoxdur.Bir mərtəbəli və üç korpusdan ibarət olan məktəbin dam örtüyünün yarasız olması, sinif otaqlarının dağılması, stol və stulların isə istsmar müddətini başa vurması burda dərs keçən şagirdlər və onlara dərs deyən müəllimlər üçün ayrı bir dərddir.Məktəbin direktoru Vahid Xəlilov bildirib ki,məktəb binası illərdir ki,istifadə olunamsına baxmayaraq burda bir dəfədə olsun əsaslı təmir işləri aparılmayıb.Məktəbin qəzalı vəziyyətdə olmasına görə bəzi valideynlər övladlarını bu tədris ocağına getməsini istəmirlər ki hər an bir qəza ola bilər və ya məktəb uça bilər.Onların sözlərinə görə dərs zamanı şagird bilmir dərs oxusun yoxsa sınmış döşəmənin arasından çıxan ilanlardan və ya böcəklərdən özünü qorusun.İstər qış istərsədə yay aylarında bu məktəbdə dərs keçmək mümkün deyil.Qeyd edək ki,Daşdəmirbəyli kənd orta məktəbi rayon mərkəzindən 4 km aralıda yerləşir.Məktəbdə 142 şagirdin təlim tərbiyəsi ilə 21 müəllim məşğul olur və məktəb uyğunlaşdırılmış binad yerləşir.Məktəbin mövcud acınacaqlı vəziyyəti ilə bağlı məktəbin bu vəziyyətinə cavabdeh olan Dağlıq Şirvan Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.İdarənin içtimaiyyətlə əlaqədar məsul şəxsi Anar Osmanov bildirdi ki, adı çəkilən məktəbin qəzalı olması ilə bağlı məlumatlıyıq.Qurum rəsmisi onuda bildirdi ki, Daşdəmirbəyli kənd orta məktəb binasının yenidən tikilməsi 2019-2023-cü il dövlət proqramına salınıb və yaxın vaxtlarda kənddə yüksək səviyyəli yeni məktəb binası tikilərək məktəb killektivinin istifadəsinə veriləcək.Mövzunu diqqətdə saxlayacağıq.

DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar