23 
iyn
2023
20:06
619

Xırdalan şəhər 27 saylı körpələr evi uşaq bağçasında Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd edilib

23 iyn, 2023
20:06
619

Xırdalan şəhər 27 saylı körpələr evi uşaq bağçasında Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd edilib - FOTO VİDEO

Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı  Abşeron -Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Xırdalan şəhər 27 saylı körpələr evi uşaq bağçasında tədbir keçirilib. 

"Den.az" xəbər verir ki, Tədbir Azərbaycannın himninin balaca Heydərçilərin səsləndirməsi ilə başlayıb.
Sonra sözü gedən uşaq bağçasının müdiri Samirə Məmmədova  çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. O, Ulu Öndərin uşaqlara göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Daha sonra söz Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Günay Rzayeva çıxış edərək bildirib ki, Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi onların hüquqlarının qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman sonsuz sevgi və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Dahi Lider daim uşaqlara qayğı və diqqət göstərib.Tədbirdə bağçanın körə fidanları Ulu Öndərə aid müxtəlif kompozisiyalar hazırlayıb, şeirlər səsləndiriblər.Tədbirin bədii hissəsində həm də balaca Heydərçilər Ulu Öndərə həsr edilmiş mahnılar oxuyublar.







Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar