iyn
2023
16:56
1 182

Kürdəmirdə 3 əsrə şahidlik etmiş məktəbin 125 illik yubileyi keçrilib

9 iyn, 2023
16:56
1 182

Kürdəmirdə 3 əsrə şahidlik etmiş məktəbin 125 illik yubileyi keçrilib - FOTO VİDEO



Kürdəmirdə üç əsrə şahidlik etmiş Tofiq İsmayılov adına şəhər 1 saylı tam orta məktəbin 125 illik yubileyi münasibətilə tədbir keçrilib.Tədbirdə Mərkəzi Aran Regional Təhsil idarəsinin müdiri və Kürdəmir rayon icra hakimiyyətinin başçısı iştirak edib.
DEN.AZ  xəbər verir ki, Tədbir İştirakçıları əvvəlcə Ümumimilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə tər qərənfillər düzüblər.Sonra tədbir 125 illik yubileyi qeyd olunan Tofiq İsmayılov adına şəhər 1 saylı tam orta məktəbdə davam edib.Qonaqlar əvvəlcə məktəbin foyesində qoyulmuş bir vaxtlar bu məktəbdə təhsil almış şagirdlərin məzunlarına və şəkillərinə baxış keçiriblər.Tədbirdə dövlət himni səslənib.Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon təhsil sektorunun müdiri Rəfael Məmmədov yubiley iştirakçılarını salamlayraq məktəb haqqında iştirakçılara qısa məlumat verdi.Bundan sonra 1898-ci ildə istifadəyə verilmiş rayonun ən qədim məktəblərindən olan  şəhər 1 saylı tam orta məktəbdə bu günə kimi işləmiş müəllimlər və direktorlar haqqında qısa videoçarx nümayiş olundu.Məktəbin direktoru Vüqar Nəsirov çıxış edərək bildirdi ki,125 yaşı tamam olan məktəbdə bu günə neçə neçə alimlərlər,professorlar,generallar,içtimai xadimlər yetişərək ölkəmizin bütün siyası və iqtisadi sahələrində böyük xidmətlər göstəriblər.Məktəb bütün dövrlərdə ölkədə və rayonumuzda sayılıb seçilən məktəblərdən olub və bu ənənə bu gün də davam etməkdədir.Qeyd edək ki,1898-ci ildə 5 müəllim və 45 şagirdlə fəaliyyət göstərməyə başlayan məktəbdə hazırda 1230 nəfər şagird təhsil alır ki,onların təlim tərbiyəsi ilə 104 müəllim kontingenti  məşğul olur.Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və Kürdəmir rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov çıxış edərək məktəb kollektivini bu əlamətdar gün münasibətilə təbrik edib onlara gələcək fəaliyyətlərində yeni yeni uğurlar arzuladılar.Eyni zamanda tədbirdə məktəblilərin ifasında müxtəlif şerlər və kompazisiyalar ifa olundu.Bundan başqa tədbirdə bir vaxtlar bu məktəbdə təhsil almış və hal-hazırda təqaüddə olan və ya müxtəlif peşələrdə çalışan qonaqlar məktəb haqqında öz təəssuratlarını dilə gətirdilər.Sonda işlərində fərqlənən təhsil işçilərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.


 DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar