iyl
2023
20:27
289

DİQQƏT! Müəllimlərin maaşları ilə bağlı - VACİB XƏBƏR

2 iyl, 2023
20:27
289

DİQQƏT! Müəllimlərin maaşları ilə bağlı - VACİB XƏBƏR

Elçin Əfəndi:“Könül istərdi ki, 30-40 bal aralığı 10 faiz, 40-50 bal aralığı 20 faiz, 51 bal və üzəri 35 faiz artım olaraq müəyyənləşdirilsin”
 
Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması prosesi 24 iyun tarixindən etibarən yekunlaşıb.
 
İmtahan verən müəllimlərin narazılıqları 30 bal toplayan müəllimlə 50 bal yığan müəllim arasında fərq qoyulmaması, əmək haqlarının eyni səviyyədə artımı ilə bağlıdır.
 
Bir çox müəllim bu prosesə dair narazılığını dilə gətirir və qərarın dəyişdirilməsini tələb edir.
 
Maraqlıdır, müəllimlərın iddialarında həqiqət payı varmı və onların istəyi, tələbi nəzərə alına bilərmi?

Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi, sertifikasiya prosesi ilə bağlı qərarda hər hansı bir dəyişikliyin olacağını gözləmədiyini vurğulayıb:
 
“Sertifikasiya imtahanında 30 bal toplayan müəllimlə 50 bal yığan müəllimin eyni səviyyədə tutulmasını ədalətsiz hesab etmələri doğru deyil. Proses haqqında hamı məlumatlı idi və belə olacağını bilirdilər. Əgər bu qərarın ədalətli olmadığı düşünülürsə, gərək ötən ildən etiraz edərdilər. Sertifikasiyanın ilk dəfə keçirildiyi il bu barədə müəllimlərdən kütləvi şəkildə şikayət gəlsəydi, daha effektiv bir qərar qəbul oluna bilərdi. Amma düşünürəm ki, bundan sonra hər hansı bir dəyişiklik olmayacaq”.

Ekspert sertifikasiya imtahanından bala uyğun əmək haqqının artımı barədə təklif irəli sürüb:
 
“Məlumdur ki, əmək haqların hesablanması məsələsində, 30-50 bal arası 10 faiz, 51 bal və üzəri 35 faiz artım nəzərdə tutulur. Könül istərdi ki, 30-40 bal aralığı 10 faiz, 40-50 bal aralığı 20 faiz, 51 bal və üzəri 35 faiz artım olaraq müəyyənləşdirilsin. Amma hazırkı qərar həm Elm və Təhsil Nazirliyi tərəfindən, həm müvafiq əmək haqlarının hesablanmasına nəzarət edən qurum tərəfindən, həm də Nazirlər Kabinetinin qərarında öz əksini tapıb.Və bundan sonra hansısa dəyişikliyin olması gözlənilmir. Bəlkə, bu məsələ  etiraz dalğası yaradarsa, saysız şikayətə səbəb olarsa, məsələyə yenidən baxıla bilər. Amma hesab edirəm ki, prosesin belə olması müəllimlər arasında rəqabəti daha çox gücləndirir.
 
E.Əfəndi sertifikasiya imtahanını ali məktəblərə qəbul imtahanı ilə müqayisə edib:
 
“Sertifikasiya imtahanlarını abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanı ilə müqayisə edirəm. Məsələn, abituriyent 199 bal toplayıbsa, yalnız 150 ballıq ixtisasların müsabiqəsində iştirak edə bilir. 1 bala görə bütün ixtisasların müsabiqəsində iştirak edə bilmir. Burada da eyni qayda da 1 bala görə müəllimlər 35 faizlik əmək artımına düşə bilmirlər. Tələb ondan ibarətdir ki, müəllimlər daha yaxşı bilik və bacarıqlara malik olsun, imtahanlara daha ciddi, yüksək səviyyədə hazırlaşsınlar”. (Azedu) 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar