"Yaşlı müəllimlər üçün məktəb gün keçirmək, aylıq əmək haqqı aldıqları bir obyektdir”.
Den.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi iqtisadçı-alim Nazim Bəydəmirlinin fikirlərinə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, bu istiqamətdə islahatlar aparılmalıdır:
"Əslində, Nazim Bəydəmirlinin fikirində həqiqət var. Bəzi şəxslər var ki, onların idarəetmə, menecer qabiliyyəti, uşaqların yaş psixologiyası ilə bağlı informasiyaları yoxdur. Şəxsi heyətlə necə davranacaqlarını bilmirlər. Ümumi təhsil, mövcud təhsil proqramı, təhsil standartları, informasiya texnologiyaları və s. məsələlər var ki, Nazim bəyin dediyi şəxslər bütün bu proseslərdən kənardadır. Təbii, onların bu prosesə yad olması nəticə etibarıyla bu gün cəmiyyətdə ajiortaj yaradacaq məsələləri gün üzünə çıxarır və bu da birmənalı qarşılanmır”.
Elçin Əfəndi bu gün ölkəmizdə 4440-dan çox məktəbin fəaliyyət göstərdiyini vurğulayıb:
Elçin Əfəndi direktorların əmək haqqlarının yüksək olmasını arzu edib:
"Onlar üçün imkanlar yaxşılaşdırılmalıdır. Xüsusilə kişi məktəb direktorlarının sayı artmalıdır. Bu gün barmaqla sayılası qədər kişi məktəb direktoru var. Əsas bu istiqamətə üstünlük vermək lazımdır”.
Qeyd edək ki, iqtisadçı-alim Nazim Bəydəmirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, 65 yaşı keçən müəllimin idarəetmədə qalmağı doğru deyil:
"Əgər müəllimlərin yaşı 65-i keçibsə, pensiya yaşı təyin olunubsa, ondan sonra idarəetmədə qalmağının doğru və etik olmadığı qənaətindəyəm. Əslinə, bu bir normaya çevrilməlidir, hər kəs bu yaşda yaxşı pensiya ilə istirahətə yollanmalıdır”.
Direktorların maaşı qaldırılmalı, kişi müdirlərin sayı artmalı, yaşı 65-i keçənlər isə... - Ekspert

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.