24 
iyl
2023
15:49
830

Abşeronda Azərsu adından 84 minlik dələduzluq edilib-VİDEO

24 iyl, 2023
15:49
830

Abşeronda Azərsu adından 84 minlik dələduzluq edilib-VİDEO

 Abşeronda 200-dən çox ailə dələduzluq faktı ilə üzləşib.

Den.az” xəbər verir ki, Qobu qəsbəsinin yeni yaşayış massivində evlərə su xəttinin çəkilmısi üçün hər bir ailədən 650 manat pul yığılsada, lakin həmin məbləğ sonradan mənimsənilib. Məlum olub ki, həmin ərazidə yaşayan 3 nəfər Akif , Vaqif və Hacı Araz adlı şəxslər birləşərək Azərsu adından ümumilikdə 84 min manat pul toplayıblar. Ancaq indi nə ortada pul var, nə də ki, su... 

Sakinlərin sözlərinə görə, Akif , Vaqif və Hacı Araz adlı şəxslər həmin ərazidə yaşayırlar. Onlar topladıqları vəsaiti podraçı təşkilata verdiklərini deslərdə lakin bu vaxta qədər onların evlərinə hələ də su xətti çəkilməyib. 

Adı dələduzluq faktında hallanan Azərsu adından hər bir evdən 650 manat toplayan Vaqif Eynalov və Akif Əliyev Den.az”-a açıqlamasında bildiriblər ki, onlarda digər sakinlər kimi hadisənin qurbanıdır. Onlarda vəsaiti hacı Araz adlı şəxs vaistəsi ilə Podraçı təşkilata veriblər. Əslində isə heç Podraçı təşkilat belə yoxdur.  

Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, həmin ərazidə yaşayan sakinlər bir neçə şəxsin dələduzluğu ilə üzləşiblər. Yeni yaşayış massivində mövcud su şəbəkəsi yoxdur və ora su xəttinin çəkilməsi ilə bağlı adı çəkilən quruma heç bir müraciət də daxil olmayıb. Anar Cəbrayıllı əlavə edib ki, sözü gedən ünvanda bir neçə şəxs vətəndaşlardan müəyyən məbləğdə pul toplayaraq Azərsu ilə razılaşdırmadan, heç bir texniki şərt almadan, tikinti normalarına cavab vermədən, özlərinə su xətti çəkiblər. Hətta bir dəfə bu xətti Azərsunun şəbəkəsinə qoşublar. Buna görə Qobu ərazisində sakinlərin su təhcizatında ciddi problemlər yaşanıb. Bunu nəzərə alan əməkdaşlar həmin xətti şəbəkədən ayırıblar. Dələduzluq faktı ilə bağlı həmin xəttin şəbəkəyə qoşulması hazırda mümkün deyil deyə-Azərsu rəsmisi açıqlama verib. 

Qeyd edək ki, sakinlər mövciud məslə ilə bağlı Hüquq mühafizə orqanlarına müraciət ediblər. Hazırda iş üzrə araşdırmalar aparılır

Den.az

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar