QURD DƏRƏSİNDƏ SAKİNLƏR SUSUZ QALIB - FOTO/VİDEO

Aylardır sakinlər susuz qalıb. Evlərə içməli su verilmir. Sakinlər məcbur qalıb suyu pulla xüsusi avtomobillər gətizdirməklə əldə edirlər. Den.az saytı bu problemlərin yaşandığı Qurd dərəsi ,Saray 2 yaşayış massivində olub.
Ərazidə təqribən 100-dən çox ailə yaşayır. Onların sözlərinə görə, havalar isindikcə suya olan təlabatda birə beş artır. Ərazidə su xətti olsada , lakin su verilmir.
Sakinlər hazırda bir damcı suya möhtac qalıb. Su həyat mənbəyi olsada, onu bu sakinlər üçün çox görənlərdə var. Apardığımız müşahidə zamanı ərazidə su sayğacları olduğu və buna görə aylıq su pulu tələb edildiyini də öyrəndik. Sakinlər məsələ ilə bağlı , dəfələrdə aidiyyatı qurumlara müraciət etsələrdə, lakin onlara müsbət cavab verən olmayıb.
Məsələdən Azərsu ASC-nin Bağlar Su Kanal idarəsi də xəbərdardır. Adı çəkilən qurumdan bildirildi ki, həmin ərazidə infrastruktur olsada, lakin su təzyiqi normadan çox aşağıdır. Amma buna baxmayaraq yaxın günlərdə sakinlərin haqlı narazılılğını aradan qaldırmaq üçün ciddi addımlar atılacaq. Sakinlər içməli su ilə tam təmin ediləcək..
Den.az
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.