26 
iyl
2023
20:47
568

Azərbaycanda həkimin qoyduğu səhv diaqnoz, xəstəni şoka salıb? ŞOK İDDİA

26 iyl, 2023
20:47
568

Azərbaycanda həkimin qoyduğu səhv diaqnoz, xəstəni şoka salıb? ŞOK İDDİA

40 yaşlı qadın xəstəxanaya aparılaraq ona beyin qan sızması diaqnozu qoyulub.

“Den.az” xəbər verir ki, hadisə Sumqayıtda yaşanıb.

Belə ki, Sumqayıt şəhər sakini Fuad Cavadov, 1 saylı şəhər xəstəxanasının MRT-də bacısına qoyulan səhv diqnozdan şikayətçidir. Onun sözlərinə görə, bacısı 40 yaşlı Xəyalə Bəylərova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəni dərhal müayinə edən həkimlər Nurlan Hüseynov və Museyib Şərifzadə , ona beyin qan sızması diaqnozu qoyublar və dərhal 2 saylı şəhər Xəstəxanasına aparılmasını tələb ediblər. Onların yazdığı müalicədən bacısının vəziyyətinin pisləşdiyini görən Fuad Cavadov , Bakı Gömrük Hosbitalına apararaq təkrar müayinə etdirib. Aldıqları cavab onları sözün əsil mənasında şoka salıb. Sən demə 40 yaşlı Xəyalə Bəylərovaya Sumqayıtda qoyulan diaqnoz səhv imiş.

Qeyd edək ki, hazırda ev şəraitində müalicəsini davam etdirən Xəyalə Bəylərovanın vəziyyəti normaldır.

Sumqayıt Tibb Mərkəzi xəstəyə qoyulan səhv diaqnoza görə səsləndirilən ittihamları əsassız adlandırıb.
Bildirilib ki, vətəndaş 1983-cü il təvəllüdlü Bəylərova Xəyalə Şakir qızının yaxınlarının iddiaları tamamiylə əsassızdır. Belə ki, 19.07.2023-cü il tarixində həmin şəxs yuxarı beyindaxili təzyiqlə təcili yardım avtomobili ilə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə qəbul olunub və Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsindən keçirilib.
Nəticə olaraq xəstədə sol-beyin yarımkürəsində sol ənsə, gicgah, alın, təpə paylarında və sağ beyinyarımkürəsində sağ ənsə və alın-təpə paylarında şırımlar arasında T2, FLAİR hiperintens siqnal dəyişikliyidir. Qeyd olunan dəyişikliklər subaraxnoidal qansızma əlamətlərinə xarakterikdir.
İyulun 21-də isə Xəyalə Bəylərova təcili yardım avtomobili ilə subaraxnoidal qanaxma diaqnozu şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Neyrocərrahiyə şöbəsinə yerləşdirilib. Bütün lazımi tədbirlər həyata keçirilib. MRT müayinəsinə əsasən şübhəli vəziyyətin dəqiqləşdirilməsi üçün iyulun 24-də isə Mərkəzi Gömrük Hospitalına Baş beynin nativ və IV kontraslı KT müayinəsinə göndərilib. Müayinədən sonra şübhə aradan qaldırılıb.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar