11 
iyl
2023
15:24
202

​Lənkəranda 45 yaşlı qadın yanıb-FOTO

11 iyl, 2023
15:24
202

​Lənkəranda 45 yaşlı qadın yanıb-FOTO

Lənkəran sakini odla ehtiyatsız davranaraq, yanıb. 

Den.az-ın yerli bürosunun verdiyi məlumata görə hadisə rayonun Kərgəlan kəndində baş verib. Kənd sakini 1978 - ci il təvəllüdlü Zəhra Fikrət qızı Hüseynova gündəlik təmizlik işləri görmək üçün həyətə düşüb. Həyətdəki təmizlik işlərindən sonra, küçədə yığılan zibil tullantılarını təmizləyib, yandırmaq istəyib. Tullantıların yanmadığını görən qadın, benzindən istifadə edib. Bu zaman ani ehtiyatsızlıq qadının özünün yanmasına səbəb olub. Onun qışqırığına anası və qonşuları gəlib.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. Z. Hüseynova qonşu qadınların köməyi ilə təcili tibbi maşınında Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxandan bildirildi ki, Z.Hüseynovanın bədənin ümumi səthinin 2 – 3 cü dərəcəli texniki yanığı diaqnozu ilə TƏBİB – in tabeliyində fəaliyyət göstərən Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə daxil olub. Xəstəyə zəruri tibbi xidmətlər göstərilib, yaralar birincili işlənilib. Xəstə dərhal reanimasiya şöbəsinə köçürülüb, vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, vəziyyəti ağır olan Zəhra Hüseynova Bakı şəhərindəki klinikaların birinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar