24 
iyn
2023
01:32
308

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

24 iyn, 2023
01:32
308

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

Xaçmaz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Den.az-ın yerli burosunun melumatina gore hadisə Gəndob-Xaçmaz-Yalama yolunun 31-ci km-də, rayonun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində Alpan çay körpüsündə qeydə alınıb.
Belə ki, “VAZ-21011” markalı minik avtomobili yolu keçmək istəyən piyada, rayonun Nərəcan kənd sakini, 1952-ci il təvəllüdlü Cavadov Cavad Nəsrulla oğlunu vurub. Piyada hadisə yerində ölüb.
Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar