Lənkəranda minik avtomobilinin vurduğu 14 yaşlı yeniyetmə dünyasını dəyişib.
Den.az -ın yerli bürosunun verdiyi xəbərə görə, 14 yaşlı Rəvayət Fərəcova xəstəxanada vəfat edib.
*****
Lənkəranda minik avtomobili piyadanı vurub.
Den. Az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində qeydə alınıb. Lerik rayonunun Rvarud kənd sakini, 1974-cü il təvəllüdlü Ehram Firudin oğlu Muradov "Niva" markalı, 99-MK-990 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən, 2009-cu il təvəllüdlü Səpnəkəran kənd sakini Rəvayət Füzuli qızı Fərəcovanı vurub.
Xəsarət alan yeniyetmə ağır vəziyyətdə Lənkəran Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.
R.Fərəcovanın vəziyyəti ağır olduğundan Masallı rayonundakı özəl klinikalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Lənkəranda yeniyetməni avtomobil vuraraq öldürüb YENİLƏNİB

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.