30 
iyn
2023
16:51
333

Polis Günü Abşeronda rayonunda qeyd edilib

30 iyn, 2023
16:51
333

Polis Günü Abşeronda rayonunda qeyd edilib - FOTO/VİDEO

Abşeron rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib.

Den.az” xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron Rayon Polis İdarəsinin rəisi Musa Musayev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH Yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, hüquq mühafizə orqanlarının və idarə rəhbərləri,  Abşeron polisinin şəxsi heyəti iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə  çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif edilib.




Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar