23 
iyn
2023
15:57
181

Göyçayda 23 iyun – Dövlət Qulluqçularının Peşə bayramı günü qeyd edilib.

23 iyn, 2023
15:57
181

Göyçayda 23 iyun – Dövlət Qulluqçularının Peşə bayramı günü qeyd edilib. - FOTOLAR

Göyçayda 23 iyun – Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir keçirilib.

"Den.az" xəbər verir ki, tədbir əvvəlcə Ulu öndərin abidəsinin qarşısına gül-çiçək dəstələrinin düzülməsi ilə başlayıb.Tədbirdə rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının əməkdaşları, RİH başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, rayonda dövlət qulluğunda çalışan şəxslər iştirak edib.
Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə, müstəqil Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşmasında, inkişafında bu il anadan olmasının 100 illiyi qeyd olunan Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu qeyd edərək bildirib ki, Ulu Öndər dövlət qulluqçusunun əsas vəzifəsi kimi  xalqa və dövlətçiliyə sədaqətlə xidmət etməyi ön plana çəkirdi.
Ulu Öndər məktəbinin layiqli davamçısı, ölkə prezidenti cənab İlham Əliyev qeyd edir ki, “Hər bir  dövlət qulluqçusu bilməlidir ki, o, ilk növbədə dövlətin güzgüsüdür və dövlət qulluğunda olmaq insanlara xidmət etmək imkanı deməkdir. Dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir. İnsanlara  xidmət imkanıdır”.
Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm işlər aparılır.
Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkə Prezidenti cənab İlham Əliyevin 22 iyun 2023-cü il tarixdə imzaladığı Sərəncamla Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Sabir oğlu Vəliyevin “Tərəqqi” medalı  ilə təltif edilməsini ölkədə dövlət qulluqçusuna göstərilən böyük diqqət kimi dəyərləndirib.
Tədbirdə təqaüddə olan dövlət qulluqçuları adından Atəş Salahov, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, rayon Statistika İdarəsinin müdiri Teymur Şirinov, RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zülfiyyə Babayeva, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nicat Əsgərov çıxış edərək bildiriblər ki, Azərbaycanda yalnız yüksək peşəkarlıqla, dərin biliklə, yaradıcı düşüncə tərzi ilə, ən başlıcası vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür.
Sonra Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri partiya fəalı olan dövlət qulluçularını Fəxri Fərmanla təltif edib.
Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətini uğurla başa vuran bir qrup gəncin sertifikatlarını onlara təqdim edib.
Sonda xatirə şəkili çəkilib.



Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar