16 
iyn
2023
23:10
245

Abşeronda “17 İyun Tibb İşçilərinin Peşə Günü” qeyd edilib

16 iyn, 2023
23:10
245

Abşeronda “17 İyun Tibb İşçilərinin Peşə Günü” qeyd edilib - FOTOLAR


Ümummilli Lider Heydər Əliyev anadan olmasının 100 illiyi müasibətilə Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının təsdiq edilmiş tədbirlər planı çərçivəsində Xırdalan şəhəri, Heydər Əliyev Mərkəzində  “17 İyun Tibb İşçilərinin Peşə Günü” münasibətilə  “Heydər Əliyev və müasir Azərbaycan səhiyyəsi” adlı tədbir keçirilib.

        Tədbirdə qonaq qismində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, TƏBİB-in İcraçı direktorun müavini Araz Nəsirov, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, müavinlər, müşavirlər, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in departament rəhbərləri, tibb müəssisələrinin direktorları, və rayonun tabeli müəssisələrin rəhbərləri və s. iştirak ediblər.

        İlk olaraq Ulu Öndərin Xırdalan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, gül dəstələri qoyulub.

         Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi , Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı filmə baxılıb.

        Tədbirdə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  Planlama departamentinin rəhbəri Hikmət İbrahimli və Abşeron Rayon Mərkəzi Xəstəxanasının tibbi sığorta mütəxəssisi, şəhid -leytenant İlqar Vəliyevin yoldaşı Təhminə Vəliyeva çıxış edib.

         Çıxışlar zamanı “ Ulu Öndərin Azərbaycan tarixində silinməz izlər buraxmağından ,  öz xalqı üçün, xalqının rifahı naminə apardığı şücaətdən və ölkənin inkişafı üçün bütün sahələrdə xüsusən də səhiyyə ilə bağlı apardığı islahatlardan bəhs edilib. Bugünkü müasir Azərbaycan səhiyyəsinin dünya standartlarına cavab verəcək şəkildə qurulmasında əsas səbəb olaraq dövlət başçısı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin nəticəsi olduğu” vurğulanıb. “Ölkədə İcbari tibbi sığortanın tətbiqi ilə vətəndaşlarının TƏBİB-in istənilən tibb müəssisəsində “xidmətlər zərfi” çərçivəsində ödənişsiz şəkildə tibbi xidmətlərdən yaralana bilməsi, həmçinin hər sahədə olduğu kimi tibb sahəsində də şəhid ailələrinə və qazilərə göstərilən diqqətin böyük olduğu” qeyd edilib.
           Çıxışlar yekunlaşdıqdan sonra tədbir iştirakçılarına Abşeron Rayon Mərkəzi Xəstəxanasının tanıtım filmi təqdim edilib.

          Filmin ardınca Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Allahverdiyevi 2023-cü ilin ilk günündən başlayaraq günü-gündən əhaliyə yüksək keyfiyyətli əlçatan tibbi xidmətin göstərilməsi üçün səylə çalışan, yeniliklərlə gündəmə gələn xəstəxananın statistik göstəricilərini məruzə etmək üçün səhnəyə dəvət olunub.

        17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə bir qrup tibb işçisi təltif edilib, xatirə şəkilləri çəkilib.

      Tədbir konsert proqramı ilə başa çatıb. 
















Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar