iyl
2023
15:31
183

Cümhuriyyət yaşıdı Azərbaycan Polisi-FOTO

3 iyl, 2023
15:31
183

Cümhuriyyət yaşıdı Azərbaycan Polisi-FOTO

Səbail rayonunda 2 İyul - Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.

"Den.az" xəbər verir ki, Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səbail Rayon Polis 
İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, 
RİH başçısının müavinləri, RİHBA-nın və RPİ-nin əməkdaşları və polis veteranları iştirak 
ediblər.
Əvvəlcə Badamdar qəsəbəsində müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, 
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi 
ehtiramla yad edilib. Daha sonra Səbail rayonunda yerləşən "Şəhidlər" abidə kompleksi ziyarət 
olunub.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və 
torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir 
dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Ümummilli Liderin 1998-ci il 24 may 
tarixli Fərmanı ilə bu günün Azərbaycan Polis işçilərinin peşə bayramı kimi qeyd edildiyini 
nəzərə çatdırıb. O,  Azərbaycan polisinin hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə 
xidmət etdiyini, asayişin, sabitliyin və əmin-amanlığın qorunması kimi məsuliyyətli vəzifələri 
vicdanla yerinə yetirdiyini bildirib. Vuqar Zeynalov Prezident İlham Əliyevin etimadına, diqqət 
və qayğılarına layiqincə cavab vermək üçün öz qüvvə və səylərinin əsirgəməyən polis işçilərini 
əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov Prezident İlham Əliyevin 
diqqət və qayğısı sayəsində inkişaf edən, müasir maddi-texniki bazaya, infrastruktura malik olan 
polis orqanlarının cinayətkarlığın qarşısının alınması, ictimai asayişin mühafizəsi, insanların 
həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi funksiyalarını 
peşəkarlıqla həyata keçirdiyini vurğulayıb.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Səbail Rayon Polis 
İdarəsinin əməkdaşları və polis veteranlarına Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri 
Fərmanlarla təltif olunublar. 




Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar