18 
iyl
2023
18:03
342

Sakinləri 4 ildir get-gələ salan tikinti şirkəti öhdəliyi niyə yerinə yetirmir? FOTO/VİDEO

18 iyl, 2023
18:03
342

Sakinləri 4 ildir get-gələ salan tikinti şirkəti öhdəliyi niyə yerinə yetirmir? FOTO/VİDEO

Bina yaşayış üçün  tikilsə də, ancaq təmir olunmadığından sakinlər öz mənzillərinə sahib çıxa bilmirlər. Sakinlər tikinti şirkətinin 4 ildir verdiyi öhdəliyini tam yerinə yetirə bilməməsindən şikayətlənirlər.


“Den.az” xəbər verir ki, Abşeron rayonu Masazır kəndi Heydər Əliyev prospekti döngə 2 ünvanında yerləşən apartman tipli beş mərtəbəli tikilidəki mənzillər müqavilə əsasında sakinlərə "Şoranlıq-94" Çoxprofilli şirkət tərəfindən verilib.


 Mənzillər sakinlərə satılsa da, lakin istifadə üçün verilən müddət başa çatıb. Hazırda sakinlər hələ də öz mənzillərinə sahib çıxa bilmirlər.

Mövcud məsələ ilə bağlı sözügedən tikintinin rəhbəri Pərviz Qurbanov “Den.az” -a açıqlamasında bildirib ki, gecikmələrə rəğmən işlər qısa vaxt ərzində yekunlaşacaq və mənzillər öz sahiblərinə təhvil veriləcək

Vətəndaşlar mövcud problemlə bağlı aidiyyatı qurumlara müraciət ünvanladıqlarını bildirirlər.




Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar