27 
may
2023
01:09
199

Kürdəmirdə 12 kəndi birləşdirən yeni salınmış yol niyə dağılıb?

27 may, 2023
01:09
199

Kürdəmirdə 12 kəndi birləşdirən yeni salınmış yol niyə dağılıb?

Kürdəmirdə bir neçə il öncə yeni salınmış 12 kəndi birləşdirən yolun bir hissəsi bərbad vəziyyətə düşüb.Sakinlər yolun qısa zamanda bu vəziyyətə düşməsini işin keyfiyyətsiz aparılması ilə əlaqələndirirlər. Bu vəziyyətdən isə ən çox əziyyət çəkənlər isə sürücülərdir.Yolun bərbad hala düşməsi bu yoldan istifadə edən sürücülərin avtomobillərində texniki nasazlığın yaranmasına səbəb olur ki,buna görə onlar hər dəfə ustalara müraciət etməli olurlar . Yaranmış vəziyyətdən təngə gələn sakinlər tez bir zamanda yolun təmir olunmasını istəyirlər.Bu sözləri DEN.AZ-a kənd sakinləri bildiriblər.
Kürdəmirin 12 kəndini birləşdirən və yeni salınmış yolun asfalt örtüyünün bir hissəsi yararsız vəziyyətə düşüb.Rayon mərkəzindən təqribən 50 km məsafədə yerləşən və 10 000-dən çox əhalinin mütəmadi olaraq istifadə etdiyi Mollakənd-Axtaçı yolunun bir hissəsi istismara yarasız vəziyyətdədir.Qeyd edək ki, yolun ümumi uzunluğu 28 km-dir və 2015-ci ildə inşa olunub. Apardığımız çəkiliş zamanı məlum oldu ki,bu yola asfalt örtüyü sonuncu dəfə 6 il bundan əvvəl vurulub.Təəssüflər olsun ki,işin keyfiyyətsiz və tez tələsik görülməsi nəticəsində üstündən az müddət keçməmiş yolda çalalar yaranmağa başlayıb.Yüzlərlə sürücü hər gün bu yoldan istifadə edərkən bir çox çətinliklər çəkirlər. Yolun bəzi hissələrində çalaların dərinliyi təqribən 25-30 sm-ə çatır ki,buda avtomobillərin bu yoldan istifadə etməsini mümkünsüz edir. Qeyd edək ki,adıçəkilən 28 km-lik Mollakənd-Axtaçı yolundan rayonun 12 kəndinin o cümlədən Mollakənd, Carlı, Quşlar, Beyi, Xəlsə, Qocalı, Pirəköçə, Dayıkazımlı, Mehdili, Öyləqulu, Qarabucaq və Axtaçı kəndinin ümulikdə 10 000 dən çox əhaisi mütəmadi olaraq istifadə edir. Sakinlər mövcud vəziyyətlə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsələrdə bu günə kimi onların səsinə səs verən olmayıb.
Mövcud məsələ ilə bağlı Kürdəmir rayon 21 saylı Yol İstismar MMC-yə müraciət etdik.Yol İstismar MMC-nin müdiri İlham Əzizli DEN.AZ-a bildirdi ki, Mollakənd-Axtaçı yolunun 7 km-lik hissəsində yəni yolun Dayıkazımlı kəndi hissəsində təmir bərpa işləri müxtəlif vaxtlarda hissə-hissə görülüb.Qurum rəsmisinin sözlərinə görə sakinləri əsas narahat edən yolun təqribən 10 km-lik hissəsində olan bərbad vəziyyətlə bağlı dövlətə müraciət olunub və yolun hazır ki,vəziyyəti ilə bağlı məlumat verilib.Gələcəkdə dövlət tərəfindən vəsaitin ayrılacağı təqdirdə adı çəkilən yolun əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.Ümid edək ki,aidiyyatı qurumlar məsələyə müsbət yanaşıb sakinlərin haqlı narazıqlarını aradan qaldırarlar.Mövzunu diqqətdə saxlayacağıq.





DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar