24 
iyl
2023
12:47
126

Krım körpüsünə hücumda Mübariz Mənsimovun gəmisi iştirak edib - Rusiyadan İTTİHAM

24 iyl, 2023
12:47
126

Krım körpüsünə hücumda Mübariz Mənsimovun gəmisi iştirak edib - Rusiyadan İTTİHAM

Türkiyədən Rusiyanın Rostov şəhərinə taxıl daşımaq üçün gələn gəmidə partlayıcı maddələrin izləri aşkar edilib.


Den.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.



“İyulun 22-də taxıl məhsullarını yükləmək üçün Türkiyədən Rostov limanına gedən xarici yük gəmisinin anbarında partlayıcı maddələrin - dinitrotoluol və tetrilin izləri aşkar edilib. Quru yük gəmisinin konstruksiya hissələrinə üçüncü tərəfin müdaxiləsi əlamətləri də aşkarlanıb”, - deyə məlumatda bildirilir.


FTB-dən onu da qeyd ediblər ki, may ayının sonunda gəminin Ukraynanın Kiliya limanında olduğu müəyyən edilib. İyul ayında Türkiyənin Tuzla limanında Ukraynanın 12 vətəndaşından ibarət gəmi heyətinə tam dəyişiklik edilib. Eləcə də yük gəmisinin adı dəyişdirilib.







Qeyd edək ki, bundan əvvəl haqqin.az saytı Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olduğu iddia edilən "RaHDit" ("Qəddar rus hakerləri") haker qrupunun məlumatına görə, Türkiyədə yerləşən "Palmali" şirkətlər qrupuna məxsus və Azərbaycan ordusunun şəhidlərindən birinin adını daşıyan tankerin Krım körpüsünə son hücumda iştirak etdiyi barədə məlumat yayıb.


Qeyd edək ki, tanınmış gəmiçilik "Palmali" şirkəti azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsusdur.


Hakerlərin fikrincə, kamikadze dronları nəzəri olaraq iki tankerdən buraxmaq olar: Beks Loyal və Xudayar Yusifzadə. Bu tankerlər müvafiq olaraq Marşal Adaları və Liberiya bayraqları altında üzür və Malta və Yunanıstan limanlarına təyinat alırlar. Hakerlər Krım körpüsünə hücum üçün pilotsuz təyyarələrin bir tankerdən digərinə yüklənə biləcəyini ehtimal edirlər. RaHDit onu da qeyd edib ki, ola bilsin ki, hücum zamanı kamikadze dronları idarə etmək üçün Krım körpüsünün göründüyü ərazidə yerləşən başqa bir gəmidən də
istifadə edilib.


Qeyd edək ki, Xudayar Yusifzadə tankeri "Palmali" qrupuna, Beks Loyal gəmisi isə Owner Beks Shipmanagement & Trading A.S.-ə məxsusdur.


“Palmali” şirkəti ona məxsus gəminin Krım körpüsünə mümkün hücumda iştirakı ilə bağlı xəbərləri təkzib edib. Şirkət rəhbərliyi açıqlamasında Krım körpüsünün sütunlarından birinin partlaması zamanı “Xudayar Yusifzadə” gəmisinin qeyd olunan ərazidən kənarda olduğunu təsdiqləyib. Verilən məlumata görə, Xudayar Yusifzadə adlı tanker yük daşımaq üçün Rostova gedirmiş. Lakin Kerç boğazında gəmilərin yığılması səbəbindən tankerin Rusiya sərhəd xidməti tərəfindən gömrük yoxlamasından keçməsi yubanıb, buna görə gəminin kirayəçisi müqaviləni ləğv edib və tanker Elefsis limanına (Yunanıstan) istiqamət alıb. Bakupost.az


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar