“Ukrayna taxıl sövdələşməsinə şərtlər qoyur və vəziyyəti dalana dirəyir”.
Den.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin sözlərinə görə, Ukrayna taxıl müqaviləsinin həyata keçirilməsi üçün müxtəlif tələblər irəli sürür və bununla da vəziyyəti gərginləşdirir. Təəssüf ki, şərtləri Kiyev qoyur. Verşinin qeyd edib ki, Rusiya ammonyak ixracını ehtiva edən müqavilələrə əməl etməkdə israrlıdır.
Qeyd edək ki, daha öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı vəziyyət indiki kimi qalsa, o zaman Qara Dəniz Təşəbbüsünün fəaliyyət göstərmədiyini hesab etmək mümkün olacaq. Bununla yanaşı, anti-Rusiya sanksiyalarının tətbiqi ilə bağlı bank ödənişləri, nəqliyyat logistikası və sığorta ilə bağlı problemlər qalmaqdadır və kəskinləşir.
Den.az
“Ukrayna şərtlər qoyur və vəziyyəti dalana dirəyir” - Sergey Verşinin

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.