10 
avq
2023
10:37
185

Nabranda "VAZ" markalı maşın aşıb

10 avq, 2023
10:37
185

Nabranda "VAZ" markalı maşın aşıb -FOTO

Nabranda ölümlə nəticələnən avtoqəza baş verib.


"Den.az"-ın Şimal bürosunun məlumatına görə, hadisə Xaçmazın Nabran kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobilinin idarə etmədən çıxaraq aşması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib. (Kimliyi dəqiqləşdirilir)

Avtomobildə olan digər şəxs, 2000-ci il təvəllüdlü Allahverdiyev Tofiq Pərviz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılıb.

Hadisənin təfərrüatı araşdırılır.



Nüşabə Baxşıyeva

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar