23 
iyn
2023
01:47
278

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, ölən var

23 iyn, 2023
01:47
278

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, ölən var - FOTO VİDEO

Hacıqabulun İkinci Paşalı kəndində 1 nəfərin ölümü, daha 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının bəzi təfərrüatı məlum olub.
Den.az “Report”un Aran bürosuna istinadən xəbər verir ki, kənd sakini, 2003-cü il təvəllüdlü Babayev Məhəmməd İmamverdi oğlu idarə etdiyi 24-BF-954 dövlət qeydiyyat nişanlı, “Opel Zafira” markalı avtomobillə yaxın qohumunun dəfn mərasimindən qayıdarkən idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq aşıb.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin, rayonun Birinci Udulu kənd sakini, 1995-ci il təvəllüdlü Ağayev Mircəlal Seyidəzim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, M.Babayev dünyasını dəyişib. Digər yaralı isə ilk tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Mircəlal Ağayev “Azərişiq” ASC-də nəzarətçi-mühəndis vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar