16 
avq
2023
16:07
232

Kanalizasiya suları ərazidə böyük ekoloji fəlakətə çevrilib-FOTOREPORTAJ

16 avq, 2023
16:07
232

Kanalizasiya suları ərazidə böyük ekoloji fəlakətə çevrilib-FOTOREPORTAJ

Ceyranbatan qəsəbəsinin Sumqayıt şəhərinə düşən hissəsində sözün əsil mənasında ekoloji fəlakət yaşanır. 

Bu barədə “Den.az”-a ərazidə yaşayan sakinlər məlumat veriblər.

Bildirilib ki, ərazidə yaranan göldən gələn üfunət iyi yüzlərlə ailənin yaşayışını çətinləşdirib. 

Sakinlər iddia edirlər ki, illər öncə kanalizasiya sularının axıdılması üçün nasosxana tikilsədə, lakin istifadəyə verilməyib. Evlərdən çıxan kanalizasiya suları yaxınlıqda olan boş sahəyə axıdılır ki, buda ərazidə böyük üfunətli gölün yaranmasına gətirib çıxarıb. Sumqayır Su Kanal idarəsnin baş mühəndisi Mahir İmanov açıqlamasında bildirib ki, həmin ünvanda nasosxana onların balansında deyil. Biz yalnız ora su satırıq.

Sumqayıt Su Kanal idarəsindən o da bildirilib ki, əgər ərazidən müraciət daxil olarsa , biz onu cavablandırmağa hazırıq.






Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar