20 
iyn
2023
21:41
216

Sumqayıtda bu binaların zirzəmiləri kanalizasiaya suları ilə doludu

20 iyn, 2023
21:41
216

Sumqayıtda bu binaların zirzəmiləri kanalizasiaya suları ilə doludu - FOTO VİDEO

Sumqayıtda zirzəmilər kanalizasiaya suları ilə aşıb daşır. Üfunət və pis qoxu bütün binanı bürüyüb. Evlərdə isə ağcaqanad əlindən oturmaq mümkün deyil. 

“Den.az” xəbər verir ki, şəhərin 17-ci mk 26,27 və 28 saylı binanın zirzəmiləri çirkab və kanalizaisya suları ilə aşıb daşır. Sakinlər bildirirlər ki, zirzəmələrə illərdir mənbəyi bilinməyən yerdən kanalizaisya suları daxil olur. Ara sıra müraciət əsasında gəlib təmizləsələrdə yenədə eyni vəziyyət höküm sürür. Sakinlər məhz buna görə xəstəlik tapıb. 

Mövcud məsələ sakinləri ciddi narahat edir. Yaşamaq olduqca çətinləşib. Havalar isinəndə isə ümumiyyətlə evlərdə oturmaq dözülməz olur.

Azərsu ASC-nin Sumqayıt Su Kanal idarəsindən “Den.az”-a bildirilib ki, problemdən xəbərləri var. Tez tez həmin ünvanda zirzəmilərin təmizlənməsi prosesi həyata keçirilir. Hazırda həmin zirzəmilərə daxil olan qurunt və kanalzasiya sularının mənbəyi müəyyənləşdirilir. Məhz buna görə əraziyə texnikalar da cəlb edilib. İşlərin qısa vaxt ərzində başa çatdırılması nəzərdə tutulub

Den.az

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar