29 
iyn
2023
13:23
256

Kəmaləddin Heydərov bu şəxslərə aylıq “paket” verməyi dayandırdı

29 iyn, 2023
13:23
256

Kəmaləddin Heydərov bu şəxslərə aylıq “paket” verməyi dayandırdı

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun maddi durumunun pisləşdiyinə dair iddialar mövcuddur. Ölkənin ən varlı adamlarından sayılan “fövqənazir”in əlinin pulla oynadığı dövrün arxada qaldığı bildirilir.

Den.az xəbər verir ki, vaxtilə Kəmaləddin Heydərovla səmimi münasibətləri olan tanınmış yazarlardan biri “Yeni Sabah”ın əməkdaşıyla söhbət zamanı bunu təsdiqləyib.

Mənbə deyib ki, nazir indi nəinki onlarla ünsiyyətdən yayınır, hətta əvvəllər göstərmiş olduğu maddi dəstəyi də dayandırıb.

Müsahibimiz Kəmaləddin Heydərovun vaxtilə yaradıcı adamlara hamilik etdiyini xatırladıb. Onun sözlərinə görə, bəstəkar-nazir bir müddət əvvələ kimi 50-yə yaxın yaradıcı adama hər ay “paket” verirmiş. Siyahıda bir neçə tanınmış şair və yazıçının, bəstəkarın, rəssamın, yaşlı və gənc muğam ifaçısının, ehtiyac içində yaşayan istedadlı aktyorun adı varmış. Amma indi həmin adamların hamısı nazirin bir neçə il ərzində mütəmadi verdiyi aylıq maddi yardımdan məhrum olub.
Həmsöhbətimiz Kəmaləddin Heydərovun “qanadı” altına aldığı həmin adamlardan mənəvi-inzibati dəstəyi kəsdiyini də vurğulayıb. Qeyd edib ki, indi bu adamlar üzləşdikləri hər hansı bir problemin həlli üçün Heydərova müraciət edə bilmirlər: 
“Əvvəllər biri övladının iş problemi ilə bağlı nazirə müraciət edirdi və dərhal onun problemi həll olunurdu. Başqa biri əməliyyat olunmaq üçün kömək istəyirdi. O adamın da arzusu yerinə yetirilirdi. Hətta Qəbələdən, İsmayıllıdan torpaq alıb ev tikmək istəyən adamlara da şərait yaradılırdı. İndi isə bu cür müraciətlərə baxılmır. Kəmaləddin müəllim vaxtilə maddi və mənəvi dəstək verdiyi adamlarla əlaqəni birdəfəlik kəsib”.
Tanınmış yazar Kəmaləddin Heydərovun dəstəyindən hansı səbəbdən məhrum olduqlarını bilmədiklərini deyib: 
“Heç kim bizə izahat vermir. Deyirlər ki, müəllim özü də kasıblayıb. Guya vaxtilə qazanc gətirən bir çox şirkətləri əlindən çıxıb. Canlı ünsiyyətimiz kəsildiyi üçün dəqiqləşdirə bilmirik”.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar