Fövqəladə hallar nazirinin mərhum müavini, general-leytenant Nazim Məmmədovun oğlu Kamal Məmmədova yüksək vəzifə verilib.
Den.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət mayoru Məmmədov Kamal Nazim oğlu Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinə rəis müavini təyin olunub.
Qeyd edək ki, bu vəzifəyə kimi Kamal Məmmədov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı olub.
Xatırladaq ki, Nazim Məmmədov 2022-ci ilin 26 avqustunda 70 yaşında vəfat edib.
Nazir mərhum generalın oğluna yüksək vəzifə verdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.