iyl
2023
20:19
190

Kürdəmirdə Polis əməkdaşlarının peşə bayramı qeyd olunub

1 iyl, 2023
20:19
190

Kürdəmirdə Polis əməkdaşlarının peşə bayramı qeyd olunub - FOTO


Kürdəmirdə Polis günü ilə əlaqədar olaraq xidmətlərində fərqlənən bir qrup polis əməkdaşları mükafatlandırılb.

DEN.AZ xəbər verir ki, Tədbir iştirakşıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər qərənfillər düzüb ruhuna dualar oxudular.

Sonra tədbir payon polis şöbəsində davam etdi.Tədbirdə Kürdəmir rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov,rayon polis şöbəsinin rəisi polis-palkovniki Arzu Rzayev və rayonun hüquq mühafizə orqanı əməkdaşları iştirak ediblər.Öncə dövlət himni səsləndi sonra torpaqlarımızn bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə çıxış edənlər Kürdəmir rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov və rayon polis şöbəsinin rəisi polis palkovniki Arzu Rzayev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib onlara bu çətin və  şərəfli işlərində uğurlar arzu etdilər.Sonra Daxili İşlər Naziri General-Palkovnik Vilayət Eyvazun polis əməkdşlarının peşə bayramı münasibətilə ünvanladığı təbriki şəxsi heyətə  təqdim olundu.Bundan başqa tədbirdə çıxış edənlər Azərbaycan polisinin 105 illik şərəfli tarixindən söhbət açdılar.Eyni zamanda  Azərbaycan polisinin istər 44 günluk vətən müharibəsində istərsə də post pandemiya dövründə göstərdikləri qəhrəmanlıq və şücaətlərində söhbət açdılar.Bildilər ki,Azərbaycan polisi bu günə kimi vətəndaşların əsayişinin və təhlükəsizliyinin tam  təmin olunması istiqmətində bundan sonra da öz fəaliyyətini daha da genişləndirəcək və xidmətlərinin keyfiyyətini daha da artıracaq. Sonda xidmətlərində xüsusilə fərqlənən bir qrup polis əməkdaşları Kürdəmir rayon icra hakimiyyəti başçsının fəxri fərmanları ilə təltif olunublar.












DEN.AZ 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar