iyl
2023
12:19
1 341

Abşeronda DƏHŞƏTLİ QƏTl: Əmisini, onun yoldaşını və qızını dəmirə görə BALTALADI - iki nəfər öldü-FOTO/VİDEO

4 iyl, 2023
12:19
1 341

Abşeronda DƏHŞƏTLİ QƏTl: Əmisini, onun yoldaşını və qızını dəmirə görə BALTALADI - iki nəfər öldü-FOTO/VİDEO

Abşeron rayon Digah qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən dəhşətli qətl hadisəsi baş verib. 


Den.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 48 yaşlı Sərxan Haşımov əmisini,əmisi arvadını və onların qızını baltalayıb. 

Ailənin yaxınlarının verdiyi məlumata görə, Sərxan Haşımov əmisi 71 yaşlı Hicran Haşımovun həyətindən dəmir boruları icazəsiz götürüb satdığı üçün bərk danlanıb. 

Əmisinin danlağına dözməyən qatil isə qisas almaq fikrinə düşüb. Beləcə yaşadığı mənzildən soyuq silah götürərək yatılı vəziyyətdə olan əmisini baltalayıb. Ürəyi soyumadığından mətbəxə keçərək əmisinin həyat yoldaşı 61 yaşlı Zümrüd Haşımovaya da xəsarət yetirib. Bütü bunlarla kifayətlənməyən qatil həyətə düşərək əmisi qızı 42 yaşlı Xəyalə Kərimovanı da vurub. 

Daha sonra Mehdiabad polis bölməsinə gələrək təslim olmaq istəyib. Bu zaman onun əlində balta, paltarında isə qan ləkələrinin olduğunu görərək nə baş verdiyini soruşan Hüseynov Ələsgər İsa oğluna da xəsarət yetirib. 

Hadisə nəticəsində əmisinin yoldaşı yerindəcə keçinib. Digər yaralılar isə xəstəxanaya yerləşdirilib. Lakin əmisi Hicran Haşımov da aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. 

Qeyd edək ki, hadisə Digah qəsəbəsi Qara Qarayev 7 ünvanında baş verib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. 





Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar