iyl
2023
13:01
339

Azərbaycanlı ailənin körpəsi istirahət mərkəzində GÖLƏ DÜŞDÜ

1 iyl, 2023
13:01
339

Azərbaycanlı ailənin körpəsi istirahət mərkəzində GÖLƏ DÜŞDÜ

Moskvada Qurban bayramı zamanı Kokoşkino (Yeni Moskva) qəsəbəsində üç yaşlı uşaq gölməçəyə düşüb. Azyaşlı reanimasiyadadır və özünə gəlməyib.
 
Den.az Rusiya KİV-ə istinadla bildirir ki, iyunun 29-da azərbaycanlı ailə üç uşağı və qohumları ilə Brexovo fermasındakı gölməçənin yanında manqal bişirməyə gedib. Burada müxtəlif kollektivlər tez-tez gölməçənin yaxınlığında vaxt keçirirlər, gazebo, barbekü qurğuları var.

Ailə çadır qurub, valideynlər yemək hazırlayarkən uşaqlar yelləncəklərin yanında oynayırmışlar. Birdən böyüklər uşaqların ən kiçiyinin yoxa çıxdığını görüblər. 3 yaşlı uşaq hələ də yaxşı danışmadığından anası və digər qohumları onu buraxmamağa çalışıblar. Onlar körpənin gölməçəyə düşdüyünü və ölümlə üzləşdiyini görüblər. O, böyüklərin fərqinə varmadan gölməçəyə düşüb.

Uşağın atası və əmisi suya atılaraq azyaşlını götürüblər. Körpə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.(Lent.az)

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar