iyl
2023
22:09
200

Hindistanda ağır yol qəzasında 15 nəfər ölüb

4 iyl, 2023
22:09
200

Hindistanda ağır yol qəzasında 15 nəfər ölüb

Hindistanın mərkəzi Maharaştra ştatının Dule rayonunda yük maşınının qəzaya uğraması nəticəsində azı 15 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bu barədə Den.az “Hindustan Times” polisə istinadən məlumat yayıb.

Qeyd olunub ki, yük maşınının əyləcləri sıradan çıxıb. Sürücü idarəetməni itirərək yolda əvvəlcə iki motosikletə və bir avtomobilə, sonra isə yol kənarındakı otelə çırpılıb.
Hindistanın Baş naziri Narendra Modi bəyan edib ki, hökumət həlak olanların ailələrinə 200 min hind rupisi (2,4 min dollar), qurbanlara isə 50 min hind rupisi (600 dollardan çox) məbləğində təzminat ödəyəcək.

Duladakı faciə Maharaştrada iyulun əvvəlindən bəri ikinci böyük qəzadır. Belə ki, içərisində 33 nəfərin olduğu turist avtobusu təkərin partlaması səbəbindən aşıb və alovlanıb. Onlardan 25-i qəza nəticəsində dünyasını dəyişib.

Hindistan polisinin təqdim etdiyi statistikaya görə, hər il ölkə yollarında baş verən qəzalarda 110 mindən çox insan ölür.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar