avq
2023
10:14
196

"Sülh təkcə mümkün deyil, həm də zəruridir" - Paşinyan

2 avq, 2023
10:14
196

"Sülh təkcə mümkün deyil, həm də zəruridir" - Paşinyan

“Sülh təkcə mümkün deyil, həm də zəruridir”.

Den.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Euronews” telekanalına müsahibəsində bildirib.


“Sülh olmalıdır. Bu, mənim inancım, mövqeyimdir”, – deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, bunun baş verməsi üçün beynəlxalq ictimaiyyətin mühüm nüanslardan xəbərdar olması, nə üçün kifayət qədər sürətlə irəliləyişin olmadığını aydınlaşdırmaq da çox vacibdir.

“Bizdə belə bir anlayış var ki, Bakı ilə Qarabağın əsas şəhəri olan Stepanakert (Xankəndi) arasında beynəlxalq mexanizm çərçivəsində Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq aparılmalıdır. Və bu dialoq indiyə qədər də baş tutmayıb. Ancaq bunun üçün təqib etmək lazımdır, bunun üçün çalışmaq lazımdır, heç kim sülhə nail olmağın asan olacağına söz vermədi. Əgər bu, asan olsaydı, buna çoxdan nail olmaq olardı”, – Baş nazir Paşinyan əlavə edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar