23 
iyn
2023
02:42
167

Abşeronda “El bərabəri Şəhid” adlı kitab işıq üzü görüb

23 iyn, 2023
02:42
167

Abşeronda “El bərabəri Şəhid” adlı kitab işıq üzü görüb - FOTO VİDEO

Abşeronda 44 günlük Vətən müharibəsi şəhidi Qadir Heydərova həsr olunan kitab çapdan çıxıb.

“Den.az” xəbər verir ki, bu münasibətlə Mehdibad qəsəbəsində kitabın təqdim etmə mərasimi təşkil olunub. 

Mərasimdə şəhidin doğmaları ilə yanaşı, Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid valideynləri və Mehdiabad qəsəbə sakinləri yaxından iştirak edib.  

Şəhid atası Ədalət Heydərov , Abşeron rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın sədri Xatirə İsmayılova və digərləri 44 Günlük Vətən müharibəsindən ətraflı danışıblar. Eləcədə Ölkəmizdə şəhid ailələrinə göstərilən Dövlət qayğısından bəhs ediblər.

 Qeyd edək ki, Qadir Ədalət oğlu Heydərov 1998-ci ildə Cəlilabad rayonun Əsədli kəndində doğulub. O, İkinci Qarabağ savaşı başlanan gündən səfərbərliyə qoşulub ön cəbhəyə gedib. Qəhrəman döyüşçü kimi Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib.

Heydərov Qadir Ədalət oğlu 29 oktyabr 2020-ci ildə Qubadlının adsız yüksəkliklərində snayperlə başından vurulub, Vətəni uğrunda şəhid olub.

Qadir ailənin tək oğlu idi. Abşeron rayonunun Mehdiabad qəsəbəsində dəfn olunub. Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qadir Heydərov ölümündən sonra "Vətən uğrunda"  "Cəbrayılın azad olunmasına görə" "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.














Den.az

 

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar