“Report” İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib.
"Den.az" saytı xəbər verir ki, Report İnformasiya Agentliyinin montajçısı, Vətən müharibəsi veteranı Məmmədov Səbuhi Ədalət oğlu faciəvi şəkildə vəfat edib. Səbuhi Məmmədov Bakıda yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.
2000-ci ildə Şirvan şəhərində dünyaya gəlmiş Səbuhi Məmmədov 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edib. S.Məmmədov Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, torpaqlarımızın düşməndən təmizlənməsi əməliyyatlarında göstərdiyi igidlik və şücaətlərə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilib.
Den.az
Report informasiya agentliyin işçisi faciəvi şəkildə öldü FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.