30 
iyn
2023
17:47
130

Bakıdakı lift faciəsi ilə bağlı şok təfsilat - Əvvəldən bəlli imiş ki...

30 iyn, 2023
17:47
130

Bakıdakı lift faciəsi ilə bağlı şok təfsilat - Əvvəldən bəlli imiş ki...

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində liftin qırılması nəticəsində 4 qadın ağır xəsarət alıb.

Hadisə liftdəki sakinlər 7-ci mərtəbədə olarkən baş verib.

Den.az bildirir ki, bina sakinlərindən birinin Ölkə.Az-a verdiyi məlumata görə, lift birdən-birə yerə çaxılmayıb, əvvəlcə 2 “tros”dan biri qırılıb. Bundan sonra bir “tros”la 7-ci mərtəbədən aşağıya doğru divarlara dəyə-dəyə düşüb.  

Həmin vaxtda liftin içərisindəki işıqlar sönüb. Liftin tarazlığı itdiyi üçün sakinlər liftin divrına çırpılıb. Ağırlıq bir tərəfə düşdüyündən 5-ci və ya 4-cü mərtəbdən sonra digər “tros” da qırılıb və lift yerə çırpılıb. Hadisə zamanı liftdə azyaşlılar da olub. Uşaqlardan birinin yanında sintepon yorğan olması, təhlükənin miqyasını azaldıb. Deyilənə görə, yorğan uşaqları qoruyub, əsasən, böyüklər zədə alıb.

Adını vermək istəməyən bina sakini liftlə bağlı əhaliyə də dəfələrlə xəbərdarlıq edildiyini deyib:

“Buradakı şəhərcikdə 19 mərtəbəli 8 bina yerləşir. Hər binanın da 3 lifti var. Bu hündürlükdə binalar 2-3 bloklu, hər blokda da 2-3 lift olmalıdır. Amma bizim 19 mərtəbəli binada cəmi bir blok var. Bir mərtəbəsində 10-12 mənzil yerləşən bu böyüklükdə bina üçün cəmi 3 lift var. Bu, çox absurddur. 

Əksər binalarda hər mərtəbədə maksimum 5 mənzil yerləşir, bu mənzillər üçün də 3 lift yerləşir. Amma bizdə bir mərtəbədə 12 mənzil yerləşir, amma cəmi 3 lift var. Əlbəttə ki, bu da tıxaca səbəb olur. 19-cu mərtəbədən 1-ci mərtəbəyə qədər hər gün saat 8:00-dan hamı işə, dərsə, bağçaya və s. gedir. Liftlərin necə dolu olduğunu özünüz təsəvvür edin. Burada liftə minmək dayanacaqda avtobusa çatmaq kimidir. Minə bilməsən, gecikirsən. 

Xəbərdarlıq  elanı vurulub ki, liftə 4 nəfərdən çox adamın minməsi qadağandır, amma 8 nəfər minir. Əsaən də binada toy olanda lift çox yüklənir. Bəzən liftlə yük daşıyırlar. Komendant gəlib cərimələyir, sonra yenə eyni şeyə yol verilir. Bina sakinlərinin sayına görə lift yoxdur deyə, yüklənmə qaçılmaz olur. Nəticə də göz qabağındadır”,- deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar