Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Den.az APA-a istinadən xəbər verir ki, qəza Balaxanı şossesində baş verib.
Belə ki, “Chevrolet” markalı maşın yolun sağ zolağında hərəkətdə olan “Mercedes” markalı ağırtonnajlı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində minik maşının sürücüsü ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Ağırtonnajlı maşının sürücüsü İlqar Mahmudov “APA” ya bildirib ki, o idarəetməsində olan nəqliyyat vasitəsilə hərəkətdə olarkən qəfil qarşısına maneə çıxıb. Bu zaman onunla eyni istiqamətdə hərəkətdə olan minik avtomobilinin sürücüsü düzgün ara məsafəsi seçmədiyinə görə qəza baş verib.
Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin və Yol Polis Şöbəsinin əməkdaşları cəlb ediliblər.
Bakıda avtomobil ağırtonnajlı maşına çırpıldı: Xəsarət alan var - FOTO - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.