avq
2023
23:00
198

Sumqayıt məktəbliləri Londonda keçirilən olimpiadadan medallarla döndülər

8 avq, 2023
23:00
198

Sumqayıt məktəbliləri Londonda keçirilən olimpiadadan medallarla döndülər - FOTO

Məktəblilərimiz Böyük Britaniya səfərindən uğurla dönüblər.

"Den.az" xəbər verir ki, Təmsilçilərimiz Londondakı Brunel Universitetində keçirilən "TeenEagle” beynəlxalq ingilis dili olimpiadasının final mərhələsinin qalibi seçiliblər. 

"TeenEagle Azerbaijan” təşkilatının rəhbəri Yaşar Zeynalovun sözlərinə görə, dünyanın ən mühüm elmi mərkəzlərindən biri sayılan "Kembric Hall"da keçirilən olimpiadanın final mərhələsi dörd əsas yarışdan ibarət olub: biliyin yoxlanılması, yazı yarışması, lüğət ehtiyatı və şifahi nitq. Şagirdlərimiz 12 qızıl, 14 gümüş və 12 bürünc olmaqla ümumilikdə 38 medal qazanaraq komanda hesabında dünya birincisi olublar.


Qeyd edək ki, dünya üzrə 34 ölkədən 8-18 yaş arası məktəblilərin qatıldığı olimpiadada ölkəmizi 38 şagird təmsil edib. Onların arasında Sumqayıt məktəbliləri də yer alıb. Belə ki, "İstedad” liseyinin şagirdi Əmiraslanov Renat 2 gümüş, 11 saylı məktəbin şagirdi Lütvəliyev Abbas 1 qızıl və 1 gümüş, Zirvə liseyinin şagirdi Kınalı Reyhan isə 2 bürünc medala layiq görülüblər. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar