Xəbərin Kateqoriyası: Videolar (Film və Serial) / Xəbərlər / İdman

Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşib - VİDEO

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşib.
Den.az "Report"a istinadən xəbər verir ki, bu, Rusiyanın MOİK klubudur.
"Hərbçilər" 1/16 final mərhələsində Serbiyanın "Srvena Zvezda" komandasını mübarizədən kənarlaşdırıblar. Moskvada təşkil olunmuş cavab qarşılaşmasında MOİK 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu ilk hissənin sonlarında Alan Zaqoyev vurub.

Bu komandalar arasında bir həftə əvvəl Belqradda baş tutmuş görüş 0:0 hesabı ilə yekunlaşdığı üçün iki oyunun yekununda MOİK mərhələ adlayıb.

Avropa Liqası, 1/16 final, cavab oyunu

21:00. MOİK (Moskva, Rusiya) - "Srvena Zvezda” (Serbiya) - 1:0
Qol: Alan Zaqoyev, 45
Baş hakim: Manuel De Souza (Portuqaliya)
İlk oyun - 0:0
Qeyd edək ki, 1/8 final mərhələsinə daha 15 vəsiqənin sahibi fevralın 22-də müəyyənləşəcək.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız