Xəbər verdiyimiz kimi, Sumqayıtda mağazada satıcıya hücum edilib.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində 2-ci mikrorayon ərazisində baş verib.
Mağazada satıcı işləyən 22 yaşlı Aqil Hüseynov müştəri kimi ona yaxınlaşan 45 yaşlı Ramil Musayev tərəfindən boynundan bıçaqlandığı bildirilir.
Hadisəyə gəlincə isə bəzi təfərrüatlar məlum olub. Belə ki, Ramil Musayev öz şəxsi telefonunu təmir üçün bir neçə gün bundan öncə Aqil Hüseynova verib. Ödənişini də qabaqcadan edib. Ancaq təmirdən narazı qalan müştəri həmin telefonun əvəzində başqasını götürüb. İcazəsiz telefonlara toxunan Ramilin bu hərəkəti Aqilin xoşuna gəlməyib və mübahisə düşüb. Əlbəyaxa dava olub və Ramil Musayev cibində gəzdirdiyi bıçaqla Aqil Hüseynovu bıçaqlayıb.
Satıcı yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Sumqayıt Tibb Mərkəzindən Denazmedia.az-a bildirilib ki, gecə saatlarında 1 nəfər kişi cinsli şəxs Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
“2003-cü il təvəllüdlü şəxsə boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir.”
Hadisəni törətməkdə şübhəli bilinən şəxs Ramil Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.