Sumqayıt şəhərində narkotik maddənin təsiri nəticəsində ölüm hadisəsi qeydə alınıb.
Den.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Məlumata görə, 48 yaşlı Quliyev Aqil Məcid oğlu qəfil halı pisləşdiyi üçün yaxınları tərəfindən təcili olaraq xəstəxanaya aparılıb. Lakin o, xəstəxanaya çatmamış yolda dünyasını dəyişib.
İlkin ehtimallara əsasən, ölümə narkotik maddənin orqanizmə təsiri səbəb olub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, ekspertiza təyin olunub.
Hadisənin dəqiq səbəbləri və mənbəyi aparılan araşdırmalardan sonra məlum olacaq.
Nizami Rəsulov
Den.az